MƏDƏNİYYƏT


İstanbulda Azərbaycanın Xalq artisti Nəzakət Teymurovanın konserti keçirilib

Martın 21-də İstanbulda təşkil olunan Novruz şənlikləri çərçivəsində tanınmış xanəndə, Azərbaycanın Xalq artisti Nəzakət Teymurovanın konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert proqramı “Beynəlxalq türk dünyası ortaq mirası” layihəsi çərçivəsində baş tutub.
Tədbir Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, qardaş ölkədə fəaliyyət göstərən Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzi (Hazarfem dərnəyi), Çaydef-Çayeli Dərnəklər Federasiyası, ölkəmizin İstanbuldakı baş konsulluğu və İstanbulun Bəyoğlu bələdiyyəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.