MƏDƏNİYYƏT


200 milyon dollar dəyərində olan rəsm

Endi Uorholun məşhur Merilin Monronun mavi fonda çəkdiyi portretin hərracda rekord qiymətə - 200 milyon dollara (180 milyon avro) satılacağı gözlənilir. E.Uorholun “Vurulmuş Sage Blue Merilin” əsəri Amerika Popunun zirvəsi adlandırılır. Nikbinliyi, kövrəkliyi və məşhurluğu özündə birləşdirən bu rəsm 40 düymlük (100 santimetrlik) portretdir.