MƏDƏNİYYƏT


Azərbaycanlı bəstəkara Qırğızıstan Bəstəkarlar İttifaqının üzvlük vəsiqəsi təqdim olunub

Martın 29-da Qırğızıstanın Azərbaycandakı səfirliyində Əməkdar artist, bəstəkar və müğənni Elza Seyidcahana qırğız musiqisinin inkişafındakı xidmətlərinə görə bu ölkənin Bəstəkarlar İttifaqının üzvlük vəsiqəsi təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Qırğızıstanın ölkəmizdəki səfiri Kayrat Osmonaliyev çıxış edərək Azərbaycanla mədəni əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini söyləyib.