MƏDƏNİYYƏT


TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının Bursada keçirilən fövqəladə iclası başa çatıb

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində martın 31-də keçirilən fövqəladə iclası başa çatıb.AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanı mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Azərbaycan heyətinə ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər daxil olub.