Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş animasiya filmi hazırlanıb

02.04.2022 [12:08]

Xəbərin mətni

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş animasiya filmi hazırlanıb. AZƏRTAC xəbər verir ki, "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Türkiyədə istehsal edilən animasiya filmi uşaqların və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edir.