MƏDƏNİYYƏT


Vyanada “Salam.Orient“ festivalı çərçivəsində muğam konserti təşkil edilib

Aprelin 2-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “Salam.Orient” festivalı çərçivəsində Əməkdar artist, tarzən Sahib Paşazadə, Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov və gənc balaban ifaçısı Azad Əliməmmədov Azərbaycan muğamlarından ibarət instrumental konsert proqramı ilə çıxış ediblər.AZƏRTAC xəbər verir ki, konsertdən öncə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova başçılıq etdiyi qurumun Azərbaycan mədəniyyətinin yüksək səviyyədə təbliği üçün müxtəlif tərəfdaşlarla əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.