CƏMİYYƏT


® “Araz”ın sevgi payı

“Araz” supermarketlər şəbəkəsinin əməkdaşları 2 aprel Dünya Autizm haqqında Məlumatlandırma Günündə maraqlı təşəbbüslə yadda qalıblar.
Autizm spektri geniş yayılmış inkişaf pozuntuları (PDD) kimi təsnif edilən bir haldır. Bu hal ilə rastlaşanlar cəmiyyətlə təması sevmir, sosiallaşmır, özünəqapalı olurlar. Onlarla müxtəlif terapiyalar apardıqda öz müsbət nəticəsini verir və autizmli şəxslərdə sosiallaşmaya meyillilik yaranır. Bu terapiyalardan ən effektiv təsirə malik olanı isə İppoterapiya yəni atlarla terapiyadır.