Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şabranın Söhbətli kəndində yeni modul tipli məktəb binası istifadəyə verilib

05.04.2022 [18:45]

Xəbərin mətni

Aprelin 5-də Şabran rayonunun Söhbətli kəndində 40 şagird yerlik modul tipli məktəb binası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbin açılış mərasimində çıxış edənlər müəllim və şagirdləri yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
Məktəb binasında sinif və digər təyinatlı otaqlar var. Modul tipli bina yanğın xəbərdarlıq sistemi, işıq və su təchizatı ilə təmin olunub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI