MƏDƏNİYYƏT


Daşkənddə Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığına həsr edilmiş yeni monoqrafiyanın təqdimatı keçirilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü, hər iki ölkənin mədəniyyət nazirliklərinin dəstəyi ilə Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində (DDPU) professor Şuxrat Siracəddinov və dosent Gülbahar Aşurovanın AMM-nin dəstəyi ilə çap olunan “Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığında Türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyasının təqdimatı keçirilib.