MƏDƏNİYYƏT


TÜRKSOY-un yeni Baş katibi kollektivə təqdim olunub

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yeni Baş katibi Sultan Rayev TÜRKSOY-un kollektivinə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə TÜRKSOY-un Mərkəzi Qərargahında rəsmi mərasim keçirilib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev və digər rəsmi şəxslərin iştirakı ilə keçirilən mərasimə TÜRKSOY-a üzv ölkələrin Türkiyədə fəaliyyət göstərən səfirləri də qatılıblar.