MƏDƏNİYYƏT


Özbəkistanın Termez Universitetindəki görüşdə Azərbaycanın ali məktəbləri ilə əməkdaşlıq məsələlərindən danışılıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü, hər iki ölkənin mədəniyyət nazirliklərinin dəstəyi ilə Özbəkistanın Surxandərya vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri davam edir.
AZƏRTAC xəbər verir ki, Termez şəhərində keçirilən mədəniyyət günlərində Azərbaycandan gələn qonaqlar, bu ali məktəbin professor-müəllim heyəti iştirak edib.
Əvvəlcə Termez Dövlət Universitetində Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib.