ELM VƏ TƏHSİL


İctimaiyyət nümayəndələri və media təmsilçiləri Bərdə Peşə Liseyində yaradılan şəraitlə tanış olublar

Aprelin 13-də ötən il yenidən qurulan Bərdə Peşə Liseyinə infotur keçirilib. İnfoturda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov, deputatlar Vüqar Bayramov, Fatma Yıldırım, Aydın Mirzəzadə, Ceyhun Məmmədov, Bakı Milli Geyim Evinin direktoru Könül Vəlibəyli, sosial biznes üzrə təlimçi, influnser Sara Rəcəbli, Təhsil və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri, həmçinin media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.