MƏDƏNİYYƏT


Saatlıda Dünya İncəsənət Günü münasibəti ilə sərgi açılıb

Saatlı rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində 15 Aprel - Dünya İncəsənət Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə və təşkilatların nümayəndələri, mədəniyyət işçiləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində təşkil edilmiş sərgiyə baxış keçirilib. Sərgidə “Şuşa İli” ilə əlaqədar materiallar, incəsənətlə bağlı nəşrlər və incəsənətin rəngkarlıq, qrafika, heykəltəraşlıq növləri üzrə hazırlanmış guşələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır