MƏDƏNİYYƏT


Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığında türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyanın təqdimatı olub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü, hər iki ölkənin mədəniyyət nazirliklərinin dəstəyi ilə Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Daşkənddəki Özbək Dili və Ədəbiyyatı Universitetində (ÖDƏU) professor Şuxrat Siracəddinov və dosent Gülbahar Aşurovanın “Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığında türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyasının təqdimat mərasimi olub.