ELM VƏ TƏHSİL


8 ölkədən 22 universitetə qəbul olan BDU tələbəsi: Ən böyük arzum alim olmaqdır

Azərbaycan gənclərinin biri-birinin ardınca möhtəşəm uğurları davam edir. Bakı Dövlət Universitetinin tələbəsi, diplom almadan dünyanın 8 ölkəsinin 22 universitetinə qəbul olub. Dördüncü kursda təhsil alan Aysu İsmayılova dünya reytinqində 7 və 8-ci yerlərdə olan Imperial College London və University College Londona daxil olmaqla yanaşı İngiltərə, İsveç, Danimarka, Finlandiya, Almaniya, Çexiya, Niderland, İrlandiya universitetlərində də təhsil almaq hüququ qazınıb. Möhtəşəm uğura imza atan Aysu təəsüratlarını AZƏRTAC-a danışıb.