MƏDƏNİYYƏT


Lənkəranda gənc rəssamlar üçün ustad dərsləri təşkil olunub

Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə növbəti ustad dərsləri Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilib. Ustad dərslərinə Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin, Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və Astara Dövlət Rəsm Qalereyasının şagirdləri qatılıb.
AZƏRTAC xəbər verir ki, Lənkəran Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Anar Kəkəyev ustad dərslərini açaraq qonaqları salamlayıb, gənc rəssamlara uğurlar arzulayıb.