ELM VƏ TƏHSİL


Təhsil nazirinin müavini: Yeni idarəçilik sistemi təhsilin inkişafına töhfə verəcək

Mayın 5-də Quba–Xaçmaz Regional Təhsil İdarəsinin müdiri kollektivə təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində davam edən tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, Regional Təhsil İdarəsinin əhatə etdiyi Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon təhsil şöbələrinin nümayəndələri iştirak ediblər.