CƏMİYYƏT


Narkomaniya qurbanı: Bu bəlaya aldanaraq düçar oldum

Narkomaniya müasir dünyamızın ən ciddi problemlərindən birinə çevrilib. Azərbaycan da bu qlobal faciədən kənar deyil. Puç olan insan taleləri, dağılan ailələr, faciə və göz yaşları. Narkotika aludəçilərinin söhbətləri, etirafları acı həyat hekayələri təsiri bağışlayır. Onların əksəriyyəti peşimançılıq hissləri keçirir. Amma atalar demişkən, sonrakı peşmançılıq fayda verməz. Düşünün, sonu uçurum, yaxud həbsxana olan bu yoldan çəkinin. Çəkinin və çəkindirin.AZƏRTAC-da narkomaniya ilə mübarizəyə dəstək olaraq “Həyat hekayələri” layihəsi fəaliyyət göstərir. Bu dəfə ki, həmsöhbətimiz bu bəlaya aldanaraq düçar olduğunu deyir.