ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Aqrar Universitetində “Məzun yarmarkası” keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə parkında 14-cü “Məzun yarmarkası” keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Gəncə bölməsinin sədri, akademik Fuad Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri, ölkədə fəaliyyət göstərən aparıcı müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər.