ELM VƏ TƏHSİL


O güclü yaddaşı ilə hər kəsi heyrətləndirir

Ölkəmizdə istedadlı və bacarıqlı insanlar günü-gündən artmaqdadır. Belə istedadlı insanlardan biri də fenomenal yaddaşa sahib olan Orxan İbadovdur. Belə ki, Orxan İbadov Hasfurt şəhərində keçirilən Yaddaş üzrə Almaniya Açıq Çempionatında 5735 xal toplayaraq Almaniyada ən yaxşı yaddaş sahiblərindən biri olub. Uğurlarının və güclü yaddaşa sahib olmağının sirrlərini bölüşən Orxan İbadovun AZƏRTAC-a müsahibəsini sizə təqdim edirik.