ELM VƏ TƏHSİL


Bu gün Azərbaycan məktəblərində “Son zəng” keçirilib

İyunun 14-də 234 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Məktəbin direktoru Könül Məmmədli məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar diləyib. Onun sözlərinə görə, məktəbdə ümumilikdə 1267 şagird təhsil alır, onlardan 50 nəfəri bu il məzun olur.Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb. Nazir ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü deyib.