MƏDƏNİYYƏT


İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin görüşü keçirilib

İyunun 28-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində üzv ölkələrin yüksəkvəzifəli şəxslərinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə növbəti konfransın keçiriləcəyi tarix və yer, eləcə də 2023-2024-cü illər üzrə İƏT-in “Turizm Şəhəri Mükafatı”na namizədlər müəyyənləşdirilib, konfransın yekun qətnaməsinin layihə sənədi və Bakı Bəyannaməsi qəbul edilib.