ELM VƏ TƏHSİL


Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

İyulun 8-də Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Qeyd edək ki, Milli Aviasiya Akademiyasının da dörd məzunu Vətən müharibəsində şəhid olub.Tədbirdə çıxış edən Akademiyanın birinci prorektoru professor Ədalət Səmədov “Məzun günü”nə gəlmiş qonaqları təqdim edib və iştirakçılara Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevin salamlarını çatdırıb.