SİYASƏT


Şuşada keçirilən beynəlxalq media forumu işini panel iclaslarla davam etdirib

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyulun 22-də Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçirilən beynəlxalq media forumu işini panel iclasları ilə davam etdirib.
AZƏRTAC xəbər verir ki, “ASAN Radio”nun direktoru Emin Musəvinin moderatorluğu ilə keçirilən birinci panel iclası “Yeni media jurnalistikasına keçid: Konvergensiya və yeni imkanlar” mövzusunda olub.