Şamaxı məktəblisi III ixtisas qrupu üzrə ən yüksək nəticəni toplayıb
26.07.2022 [17:15]
Xəbərin mətni
Dövlət İmtahan Mərkəzinin açıqladığı nəticəyə görə, lll ixtisas qrupu üzrə respublika səviyyəsində ən yüksək nəticəni toplayan şagirdin adı açıqlanıb. Şamaxı şəhər sakini Nərmin Vahid qızı Fərzaliyeva hər iki imtahanın toplam nəticəsi olaraq 666.6 balla builki rekorda imza atıb.