İDMAN


Bəhruz Nəbiyev: “Polad” komandası çövkən oyununun finalında 6 dəfə oynamasına baxmayaraq, yarışda ilk dəfə qalib gəldi

Bu il “Şuşa İli” çərçivəsində ölkəmizdə bir sıra tədbirlər təşkil olunur. Bu tədbirlərdən biri də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) keçirdiyi çövkən milli atüstü oyunu üzrə Şuşa kuboku turniridir. Altı gündür davam edən turnirdə altı komanda kubok uğrunda mübarizə aparıb. Komandalar iki qrupa bölünmüşdü. Hər qrupdan iki komanda yarımfinal mərhələsinə yüksəlib. Avqustun 5-də üçüncü yer uğrunda mübarizə yekunlaşdı.
AZƏRTAC xəbər verir ki, bu barədə ARAF-ın baş katibi Bəhruz Nəbiyev Binə Atçılıq Mərkəzində keçirilmiş çövkən milli atüstü oyunu üzrə Şuşa kubokunun final görüşündən sonra jurnalistlərə müsahibəsində bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır