Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Sabah”ın baş məşqçisi: Bizi avrokuboklarda uzun yol gözləyir

20.07.2026 [20:07]

Xəbərin mətni

Oyuna ən yaxşı şəkildə köklənməliyik. Azarkeşlərimizin qarşısında qələbə qazanmaq istəyirik və bunun üçün əlimizdən gələni edəcəyik. AZƏRTAC xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda Finlandiyanın “KuPS” komandası ilə keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.