Azərbaycan Dövlət İnformasiya Agentliyi

Emin Mahmudov: İnanıram ki, bu dəfə avrokubok bəxtsizliyini dəf edəcəyik

21.07.2026 [17:35]

Xəbərin mətni

Oyuna hazırlaşmağa kifayət qədər vaxtımız oldu. Yaxşı hazırlıq keçmişik. Bu baxımdan müsbət nəticə qazanacağımıza inanırıq. AZƏRTAC xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Emin Mahmudov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda “Dinamo” (Minsk, Belarus) komandası ilə keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.