Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı qız dünyanın 4 ölkəsindən 7 universitetə qəbul olub

16.08.2022 [17:28]

Ağsu rayon Polad Mirzəyev adına tam orta məktəbin məzunu olan Səbinə Səmədova eyni vaxtda dünyanın 4 ölkəsindən 7 universitetə qəbul olub. Təhsildə uğurları hələ məktəb illərindən başlayan Səbinənin ən böyük arzusu az təminatlı insanlar üçün ödənişsiz xidmət göstərən xəstəxana açmaqdır.