ELM VƏ TƏHSİL


Elm və təhsil naziri: Müəllimlərin işə qəbulu müsabiqəsinə 5 mindən çox vakansiya çıxarılıb

Müəllimlərin işə qəbulu müsabiqəsinə 5 min 400 vakansiya çıxarılıb.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün təşkil olunan brifinqdə deyib.
O bildirib ki, birinci mərhələdə boş qalan yerlər ikinci müsabiqəyə çıxarılacaq.