Quba-Xaçmaz regionu üzrə 2242 müəllim imtahanlarda iştirak edəcək
30.08.2022 [14:11]
Xəbərin mətni
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində çalışan 2242 ibtidai sinif müəllimi təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanlarında iştirak edəcək.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şimal bölgəsində fəaliyyət göstərən müəllimlər üçün test imtahanları 30 avqust - 1 sentyabr tarixlərində Xaçmaz və Sumqayıt şəhərlərində olmaqla, ümumilikdə, 2 imtahan mərkəzində təşkil olunacaq.