ELM VƏ TƏHSİL


Repetitor yanına getmədən də yüksək bal toplamaq olar - kənd məktəblisinin uğur sirri

Ağsu rayon Musabəyli kənd sakini İsa Heydərov ali məktəbə qəbul imtahanlarında yüksək nəticə göstərən şagirdlərdən biridir.
AZƏRTAC xəbər verir ki, İsa bu il buraxılış imtahanında mümkün 300 baldan 276 bal toplayaraq rayon üzrə, 2-ci qrup blok imtahanında isə mümkün 400 baldan 397 bal toplayaraq respublika üzrə ən yüksək nəticə göstərib. Ümumi olaraq 673 balla ali məktəbə qəbul üçün ixtisas seçimi mərhələsinə buraxılıb.