Tərtərin Xoruzlu kəndində inşa edilən məktəb binası bilik günündə istifadəyə veriləcək
03.09.2022 [11:43]
Xəbərin mətni
Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbi üçün inşa edilən 432 şagird yerlik binada son tamamlanma işləri görülür. Tikinti işləri Prezident İlham Əliyevin “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 3 iyun tarixli Sərəncamına əsasən aparılır.