ELM VƏ TƏHSİL


Emin Əmrullayev: On mindən artıq təhsilalanın tələbə təhsil kreditindən yararlanacağı proqnozlaşdırılır

On mindən artiq təhsilalanın tələbə təhsil kreditindən yararlanacağı proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev təhsil işçilərinin sentyabr konfransında söyləyib. Nazir ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində görülən işlərdən, gələcək hədəflərdən danışıb, bu sahədə Azərbaycan Prezidentınin təsdiq etdiyi dövlət proqramlarının, imzaladığı fərman və sərəncamların əhəmiyyətini vurğulayıb.