DİA tərəfindən Qarabağ iqtisadi rayonu üzrə dövlət qulluqçuları üçün səyyar ixtisasartırma təlimi keçirilib
18.10.2022 [17:13]
Xəbərin mətni
Ağdam şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə dövlət qulluqçuları üçün ixtisasartırma təlimi keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimdə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları” mövzusunda interaktiv təqdimatla çıxış edib.