Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məktəblilərə yol hərəkəti təhlükəsizliyi qaydaları izah olunub

20.10.2022 [15:31]

Xəbərin mətni

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Diqqət, uşaqlar!” aylığı çərçivəsində Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseydə hərəkət iştirakçılarının maarifləndirilməsi məqsədilə görüş keçirilib.