SİYASƏT


Eldar İbrahimov: Heydər Əliyevi anası onu dövlət yaratmaq üçün dünyaya gətirmişdi

“Özü də söyləyirdi ki, sanki anası onu elə dövlət yaratmaq üçün dünyaya gətirib. Həqiqətən də elə idi! Heydər Əliyev kimə, nə zaman və hansı sözü deməyi çox yaxşı bilirdi”. Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov deyib. E.İbrahimov Ulu Öndərlə bağlı xatirələrini bölüşən zaman diqqətə çatdırıb ki, o, belə bir şəxsiyyətlə birgə çalışmaq xoşbəxtliyini yaşadığı üçün özünü indi də şanslı insanlardan biri hesab edir.