Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Mygov”da süni intellekt texnologiyalarının tətbiqi dövlət xidmətlərini daha sürətli və fərdiləşdirilmiş şəkildə təqdim edir - ŞƏRH

16.07.2026 [15:28]

Xəbərin mətni

Azərbaycanda rəqəmsal transformasiya yeni mərhələyə qədəm qoyub. Əgər əvvəlki dövrlərdə dövlət qurumları rəqəmsallaşmanı əsasən ayrı-ayrılıqda həyata keçirirdisə, indi əsas məqsəd bütün xidmətlərin vahid rəqəmsal ekosistemdə birləşdirilməsi, vətəndaşların dövlət xidmətlərinə daha rahat çıxışının təmin edilməsidir. Bu fikirləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov səsləndirib.