Zaur Əliyev: Hədəfimiz 2030-cu ildə kənd təsərrüfatında 2 milyard manatdan artıq ixrac həcminə nail olmaqdır
23.06.2026 [18:23]
Xəbərin mətni
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorda inkişafın növbəti mərhələsinə zəmin yaradan əsas aqrar siyasət sənədidir və Prezidentin müvafiq tapşırıqlarına uyğun olaraq hazırlanıb. Bu sənəd özündə sektorun əsas hədəflərini, bu hədəflərə xidmət edəcək tədbirləri və müvafiq dövlət dəstəyi mexanizmlərini əhatə edir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev jurnalistlərə açıqlaması zamanı deyib.