ELM VƏ TƏHSİL


Nazir: Xaricdə Təhsil üzrə Dövlət Proqramı üzrə bu il artıq 353 nəfər təqaüd qazanıb

Xaricdə Təhsil üzrə Dövlət Proqramı icra olunur. Bu il artıq 353 nəfər təqaüd qazanıb və onlar dünyanın ən nüfuzlu ali məktəblərində təhsillərini davam etdirmək imkanı qazanıblar.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 25-də keçirdiyi brifinqdə söyləyib. Onun sözlərinə görə, 207 nəfər isə doktorantura pilləsi üzrə təhsil alır.