Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan haqqında təqdimat Tokio məktəbliləri tərəfindən böyük maraqla qarşılanıb

30.11.2022 [15:01]

Xəbərin mətni

Azərbaycan haqqında təqdimat Tokionun “Hosui” ibtidai məktəbinin şagirdləri tərəfindən böyük maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin və “Children Meet Countries” (“CMC”) qeyri-hökumət təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə məktəbin 120-dək şagirdi və müəllim heyəti iştirak edib.