Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Valideyndə səriştə, təhsildə inkişaf" təlimlərinə 800-dən çox valideyn və şagird qoşulub

03.12.2022 [13:09]

Xəbərin mətni

Sentyabrın 15-dən Sabirabad rayon orta məktəblərində “Valideyndə səriştə, təhsildə inkişaf" layihəsi üzrə təlimlər davam edir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti təlim Qaratəpə kənd məktəbində gerçəkləşib. Müddəti üç ay olan təlimlər dekabrın 15-də yekunlaşacaq.