ELM VƏ TƏHSİL


Beynəlxalq Astronavtika Konqresi ilə bağlı Azərbaycanın elm və təhsil müəssisələri görüşüb

Dekabrın 5-də ADA Universitetində Azərkosmos ilə Beynəlxalq Astronavtika Federasiyası gələn il Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresinə dair Azərbaycanın elm və təhsil müəssisələri ilə görüş keçirib. Görüşün məqsədi gələn ilin oktyabrın 2-6-da ölkəmizdə baş tutacaq Beynəlxalq Astronavtika Konqresində Azərbaycanın elm, təhsil və tədqiqat sahəsinin daşıdığı önəm, beynəlxalq kosmik ictimaiyyət qarşısında ölkəmizin elm istiqamətində inkişafını göstərmək və ümumiyyətlə Konqresə Azərbaycanın, həmçinin bizə yaxın regiondakı ölkələrin elm insanlarının aktiv cəlb olunmasına həsr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır