Nadir eksponatlarla zəngin Mineralogiya Muzeyi
13.12.2022 [18:20]
Xəbərin mətni
Ölkəmizin ən böyük və ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) zəngin mineral eksponatların toplandığı Mineralogiya Muzeyində 56 ölkədən olan 300-dən çox növdə 6 min 600-dək mineral nümunəsi nümayiş etdirilir. Onların əksəriyyəti nadir minerallardır.Bu barədə AZƏRTAC-a müsahibəsində muzeyin direktoru, Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi kafedrasının dosenti Ağamehdi Ağayev məlumat verib.