MƏDƏNİYYƏT
Yevlaxda bayram konserti
29.12.2022 [10:53]
Xəbərin mətni
Yevlax şəhərindəki Heydər Əliyev Xiyabanında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram konserti keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, minlərlə sakinin iştirakı ilə keçən konsertdə əsl bayram ab-havası yaşanıb. Bayram tədbirində bildirilib ki, dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı məhz Ulu Öndər Heydər Əliyevdir.