CƏMİYYƏT


“Bizim də bu ildən gözləntilərimiz böyükdür” - dovşançılıq təsərrüfatının rəhbəri

Çin təqviminə əsasən, 2023-cü il Dovşan ilidir. Bəzən buna Qara Su dovşanı da deyilir. Qədim əfsanələrə görə, Dovşan ili Şərq simvolları arasında xüsusi yer tutur. Astrologiyaya əsasən, dovşan bütün bürclərə stabillik, rahatlıq, xoşbəxtlik və ən əsası sevgi gətirəcək. Çünki özü romantikanı çox sevir. Ulduzlar deyir ki, bu il qorxu, həyəcan ili olmayacaq. Yaşadığımız gərginliklər də başa çatmaqda olan Mavi pələng ilində qalacaq. AZƏRTAC-ın bölgə müxbiri 2023-cü ilin adını daşıdığı dovşan təsərrüfatında olub, fermerlə bu heyvanın özəllikləri barədə maraqlanıb.