ELM VƏ TƏHSİL


Ağdamın Birinci Baharlı qəsəbəsində yeni məktəb binasının tikintisi yekunlaşıb

Ağdam rayonunun Birinci Baharlı qəsəbəsində 432 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi tikinti sahəsi 2620 kvadratmetr olan məktəb binası ikimərtəbəlidir. Məktəbdə sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, qızlar və oğlanlar üçün texnologiya otaqları, hərbi hazırlıq, informatika kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, STEAM otaqları və inzibati otaqlar yaradılıb.