ELM VƏ TƏHSİL


Bakıda Çinin Yeni ili qeyd olunub

Yanvarın 18-də Odlar Yurdu Universitetində Çinin Yeni il bayramı münasibətilə tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru professor Oqtay Cəlilbəyli Çinin milli adət-ənənələri, mərasimləri, bayramları haqqında məlumat verib. Qeyd edib ki, bu ənənələr dünya mədəni irsinin əsas elementi kimi qorunub saxlanılır. Çin xalqı Yeni il bayramını ildə iki dəfə - Avropa təqvimi və Şərqi Çin təqvimi ilə qeyd edir. Çin təqvimi ilə Yeni il yanvarın 22-də qeyd olunur.