MƏDƏNİYYƏT


Kamançanın beşinci simi – Qubadan reportaj

Məmmədəli Cəfərov 50 ilə yaxındır kamança ifaçılığı ilə məşğuldur. Qubalı ifaçının istifadə etdiyi musiqi aləti simlərinin sayına görə digər kamançalardan fərqlənir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, muğam ifasında əvəzsiz sayılan bu musiqi aləti adətən dördsimli olsa da, M.Cəfərovun kamançasında simlərin sayı beşdir. Bu isə məşhur dünya və Azərbaycan bəstəkarlarının əsərlərini daha rahat ifa etməyə imkan verir. Kamançanın səs tembri ilə yanaşı, görünüşü də digər alətlərdən fərqlənir. Belə ki, beşsimli kamançada aşıqların sayı da beş ədəddir.