Azərbaycan Dövlət İnformasiya Agentliyi

NASA-nın saytında kibertəhlükənin qarşısını alan tələbə

03.02.2023 [14:13]

18 yaşlı Hüseyn Qadaşov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) informasiya təhlükəsizliyi ixtisasında təhsil alır. O, 2-ci kurs tələbəsi olmasına baxmayaraq NASA-nın saytında xəta olduğunu aşkarlayaraq, quruma bu barədə rəsmi məlumat verib. NASA tələbənin bildirişindən sonra xətanı aradan qaldırıb. H. Qadaşov bu haqda daha ətraflı AZƏRTAC-a müsahibəsində danışıb.